“Aİ palma yağı idxalımızı dayandırsa, cavab tədbirləri görəcəyik”

- Malayziya baş nazirindən xəbərdarlıq
02 Noyabr 2019 - 14:08

Avropa İttifaqı Malayziyadan palma yağı idxalını dayandıracağı təqdirdə Malaziya da buna qarşı cavab tədbirləri görəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Malayziyanın Baş naziri Mahathir Məhəmməd Bankokda keçirilən forumda çıxışı zamanı deyib.

“Əgər idxalımızı azaltsanız və ya məhdudlaşdırsanız, biz də eyni tədbirləri görəcəyik və sizin mallarınızı almayacağıq. Sizin yox, Rusiya istehsalı təyyarələri alacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, Malayziya və İndoneziya dünya bazarına palma yağının 90%-ni verir. Avropa İttifaqının palma yağının idxalını dayandırması bu ölkələrə ciddi itkilərə məruz qoyacaq.