Aİ Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın bərpasına yönəltmək istəyir

valyuta
valyuta

“Avropa İttifaqı Rusiyanın dondurulmuş dövlət aktivlərini, o cümlədən Mərkəzi Banka məxsus aktivləri Ukraynanın bərpası üçün istifadə etməklə bağlı müzakirələr aparır”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Kristian Viqand bildirib.

“Biz üzv ölkələr arasında dövlət aktivləri, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri ilə bağlı müzakirələr aparırıq. Bu müzakirəyə ötən ilin sonunda başlamışıq. Müzakirələr bu aktivlərlə işləmək və onlardan əldə edilən gəlirlərdən istifadə etmək istiqamətində davam edir. Biz qanunun aliliyinə hörmət etməliyik və sadəcə olaraq aktivlərin özlərini müsadirə edə bilmərik. Lakin bizim hüquqi qiymətimiz var ki, dondurulmuş bu aktivlərlə işləməyə icazə verir”, – Viqand deyib.

O əlavə edib ki, Rusiya şirkətləri və fiziki şəxslərin dondurulmuş aktivlərindən istifadə imkanları da müzakirə olunur: “Aİ bu aktivlərin təxminən 24,1 milyard dollarını dondurub. Sanksiyalardan yan keçənlərin aktivlərinin müsadirə edilməsi imkanları da nəzərdən keçirilir”.

Qərb ölkələri tərəfindən bloklanan Mərkəzi Bankın aktivlərinin ümumi məbləği 300 milyard dollar həcmində qiymətləndirilir.2022-ci ilin oktyabrından Aİ Şurasının hüquq xidməti bu vəsaitlərin Ukraynanın bərpasına sərf edilməsinə imkan verəcək mexanizm hazırlayır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.