Avropa İttifaqı Ukraynada müharibə başa çatdıqdan və sülh sazişinin imzalanmasından sonra Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.
Azpost.info xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə bildirib.
“Sanksiyaların ləğvi atəşkəs sazişinin bir hissəsinə və ya gec-tez münaqişəyə son qoyacaq sülh sazişinin imzalanması şərtinə çevrilsə belə, bu öhdəliyi yerinə yetirmək çox çətin olacaq”, – mənbə deyib.
Onun sözlərinə görə, problem sanksiyaların qəbulu prosedurunun özündədir – həm onların tətbiqi, həm də ləğvi üçün assosiasiyanın bütün ölkələrinin buna yekdilliklə səs verməsi lazımdır.
“Avropa İttifaqının 27 ölkəsindən birinin sanksiyaların ləğvini dəstəkləməməsi kifayətdir”, – diplomat qeyd edib.
Mənbə əlavə edib ki, Ukraynadakı müharibəyə görə sanksiyaların götürülməsi üçün şərtlərdən biri Ukraynaya dəyən zərərin tam ödənilməsi ola bilər.
Azpost.info