Aİ Ukrayna taxılının alternativ marşrutla ixracını təmin edəcək

“Avropa İttifaqı Ukraynadan taxılın alternativ marşrutla ixracını təmin edəcək”.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski bildirib.

O qeyd edib ki, Aİ-nin yaratdığı “həmrəylik marşrutları” Ukrayna taxılının ixracını təmin etməyə qadirdir.

“Biz Ukraynanın ehtiyac duyduğu demək olar ki, hər şeyi “həmrəylik marşrutları” ilə ixrac etməyə hazırıq”, – Voitsexovski deyib.

Azpost.info

Əvvəlki məqalə

Deputat Arzu Nağıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sonrakı məqalə

“Moldova bilərəkdən münasibətlərimizi çox acınacaqlı vəziyyətə gətirir”