Estoniya rus diplomatlarının sayını azaldır – Moskvaya fevralın 1-dək vaxt verildi

“Rusiya səfirinə fevralın 1-dək rus diplomatlarının sayını 8-ə endirmək zərurəti barədə məlumat verdik”.

Azpost.info xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazirliyi bildirib.

“Bu gün Estoniya Rusiya səfirini qərarla bağlı məlumatlandırıb. Bu qərara əsasən, Rusiya 2023-cü il fevralın 1-dək öz işçilərinin sayını ixtisar etməlidir. Qərarın məqsədi səfirlik işçilərinin sayında paritetə nail olmaqdır. Bu da o deməkdir ki, ölkələrin paytaxtlarında Rusiya və Estoniya nümayəndəliklərində postların sayı eyni olacaq”, – Estoniya XİN-in bəyanatında deyilir.

Azpost.info

Əvvəlki məqalə

24 il əvvəl Qobustan həbsxanasında qiyamı kim təşkil etmişdi? –

Sonrakı məqalə

Azərbaycan və Rusiya Baş nazirləri telefonla danışıblar