AİB Azərbaycana COVID-19-la mübarizə üçün 250 mln. dollarlıq kredit ayırıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın COVID-19 pandemiyasının mənfi sağlamlıq, sosial və iqtisadi təsirlərini azaltmaq üçün hərtərəfli planının həyata keçirilməsinə kömək məqsədi ilə Azərbaycan hökumətinə 250 mln. ABŞ dolları həcmində kredit xəttini təsdiqləyib.

Bu barədə “APA-Economics” bankın açıqlamasına istinadən xəbər verir.

AİB-in prezidenti Masatsuqu Asakava bildirib ki, COVID-19 pandemiyasının davam edən təsirləri Azərbaycanın iqtisadiyyatı yaxşılaşdırmaq və yoxsulluğu azaltmaq üçün əldə etdiyi əhəmiyyətli irəliləyişə təhdiddir.

“AİB Azərbaycanı dəstəkləməyə tam sadiq qalır və bu proqram hökumətə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyə, yoxsul və həssas insanları qorumağa və iqtisadi bərpa üçün zəmin yaratmağa kömək edəcək”, – deyə AİB-in prezidenti qeyd edib.

Kredit AİB-in Kontraktiklik Dəstək Müəssisəsi nəzdində COVID-19 pandemiya cavab seçimi (CPRO) vasitəsi ilə maliyyələşdirilir. CPRO inkişaf etməkdə olan üzv ölkələrin pandemiyaya cavabı üçün AİB-in 20 mlrd. dollarlıq genişləndirilmiş yardımının bir hissəsi olaraq yaradılıb.

Hazırda Asiya İnfrastruktur İnvestisiya Bankı, CAREC Proqramı ilə birlikdə hökumətin pandemiya reaksiyasını dəstəkləmək üçün İdarə Heyətinin təsdiqinə əsasən 100 mln. dollarlıq birgə maliyyələşdirmə kreditinin ayrılması üzərində çalışır.

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Televiziya və Radio Şurasının adının dəyişdirilməsi təklif olunur

Sonrakı məqalə

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub –