Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ailədə psixoloji zorakılıq əleyhinə tədbir keçirilib

User 03 May 2023 - 18:57 (Last updated: 21 May 2025 - 20:15)
goyerc sağlam aile

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 1 may 2023-cü il tarixdə “Sağlam ailə – sağlam uşaq – sağlam cəmiyyət” mövzusunda tədbir keçirildi.

Birliyin sədri Gülnarə Vəlixanlı çıxış edərək tədbiri açıq elan etdi. O layihənin məqsədi, layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Ailədə ata və ana tərəfindən nəsillərcə davam etmiş psixoloji şiddətin aradan qaldırılması, şüurlu valideyn və şüurlu uşaq ideyasını cəmiyyətdə tətbiq etmək məqsədilə “Yer üzündə incimiş uşaq qalmayana qədər yazacam.” fikrini irəli sürən, daima ailə-məişət zorakılığına məruz qalmış uşaqlarla, ailələrlə işləyən, bunu “iyi aile yoktur” kitabında detallı qeyd edən Türkiyəli yazıçı Nihan Kayanın kitabını tərcümə edib, insanları bu mövzuda maarifləndirməkdir. Daha sonra, layihənin eksperti, həm də Ailə, Uşaq və Qadın Komitəsi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva çıxış edərək sağlam ailə prinsipləri, onun cəmiyyətə müsbəti təsiri barədə tədbir iştirakçılarını məlumatlandırdı. Daha sonra, “İşgəncələr əleyhinə mübarizə” Mərkəzinin sədri Fikrət Cəfərli çıxış edərək bildirdi ki, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Vətəndaşların maarifləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi sağlam cəmiyyətin formalaşdırılmasına təkan verir. Sağlam inkişaf edən dövlət ilk öncə sağlam ailələrdən formalaşır. Bunun üçün də ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac var.

Sonda, Birliyin sədr müavini Nərmin Kərimova çıxış edərək layihə çərçivəsində nəşr olunan kitab haqqında danışdı. Onun sözlərinə görə, layihə çərçivəsində məşhur Türkiyəli psixoloq Nihal Kayanın “İyi aile yoktur” kitabı tərcümə edilərək nəşr edilmişdir. Kitabda ailədə düzgün valideyn davranışları, sağlam ailə modeli haqqında geniş məlumat verilmişdir.

Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Post navigation

Previous: Paşinyan Türkiyənin hava məkanını bağlamasına münasibət bildirib
Next: Almaniya polisi milyarder Fərhad Əhmədovun 230 milyonluq yaxtasına basqın edib

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.