Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.
Bu barədə Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:
“Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub”./oxu.az
**
Aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə “Report”a onun yaxınları məlumat verib.
Aktyor bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.