Alatavada evləri uçuran “Melissa Group”un rəhbəri saxlanılıb

“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

AzPost  xəbər verir ki, Qalib Məmmədov dünən Yasamal rayonunda baş verən hadisə ilə bağlı saxlanılıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb.

Söküntü işləri “Melissa Group” tikinti şirkəti tərəfindən aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.