Albaniyanın baş naziri Danimarkada keçirilən Avropa Siyasi Birliyinin sammitinin açılış mərasimində ABŞ prezidenti Trampın Albaniya ilə Azərbaycanı səhv salmasını xatırladıb.
AzPost bildirir ki, Fransa və Azərbaycan prezidentləri ilə birlikdə olan Albaniya Baş naziri zarafatla buna toxunub. Fransa prezidenti Makrona Trampın Ermənistanla Azərbaycan arasında sülhdən danışarkən səhvən “Albaniya-Azərbaycan” dediyini vurğulayıb:”Məni və İlham Əliyevi təbrik etməlisiniz, Tramp aramızdakı münaqişəyə son qoydu”.