Aleksey Navalnı 9 il azadlıqdan məhrum edilib

Moskvanın Lefortovski Rayon Məhkəməsi dələduzluq və məhkəməni təhqir etmək ittihamı ilə cinayət işi üzrə Aleksey Navalnıya cəzasını ciddi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

Bundan başqa, məhkəmə Navalnını 1,2 milyon rubl məbləğində cərimələyib.

Qeyd edək ki, dövlət ittihamçısı Navalnıya ümumilikdə 13 il həbs cəzası verilməsini istəyib.

Xatırladaq ki, hazırda Aleksey Navalnı Vladimir vilayətindəki koloniyada həbsdədir. Onun dələduzluq və məhkəməni təhqir etmə işinə Moskvanın Lefortovski Rayon Məhkəməsi baxıb.

Əvvəlki məqalə

“Fitch” Rusiya iqtisadiyyatında rekord azalma proqnozlaşdırır

Sonrakı məqalə

Niderland Rusiyanın 400 milyon avroluq aktivlərini dondurub