Aleksey Navalnı martın 1-də dəfn olunacaq –Vidalaşmaq üçün zal verilməyib

Aleksey Navalnı üçün ölü duası oxunmasının martın 1-də Moskvanın cənubunda, Borisovskoye qəbirstanlığının yaxınlığındakı müqəddəs Məryəmin ikonası kilsəsində keçirilməsinin planlaşdırıldığı xəbər verilir.

Siyasətçi Moskvanın bu rayonunda yaşayırdı. Dəfn mərasimi elə həmin gün Borisovskoye qəbirstanlığında olmalıdır.

Bu barədə məlumatı Navalnının keçmiş mətbuat katibi Kira Yarmış verib.

Əsası Navalnı tərəfindn qoyulmuş Antikorrupsiya Fondunun (AF) direktoru İvan Jdanov deyib ki, bundan əvvəl dəfn mərasiminin fevralın 29-da keçirilməsi planlaşdırılmışdı: “Çox tez məlum oldu ki, 29 fevral tarixi üçün bircə qəbirqazan da yoxdur. Ayın 1-də olardı, 28-də də olardı, amma bax, 29-da qəbir qazıla bilməzdi”.

Jdanov bunu onunla əlaqələndirib ki, fevralın 29-da prezident Vladimir Putin Federasiya Şurasına müraciət etməlidir: “Kremldə anlayırlar ki, Alekseylə vidalaşma günü Putin öz müraciəti ilə kimsəyə maraqlı olmayacaq”.

AF direktorunun sözlərinə görə martın 1-də ölü duasından əvvəl vidalaşma da planlaşdırılmışdı, amma zalı icarəyə götürmək mümkün olmayıb.

Aleksey Navalnı fevralın 16-da Arktikadakı “Polyarnıy volk” (Qütb canavarı) adı ilə tanınan xüsusi rejimli koloniyada ölüb. Ölüm şəhadətnaməsində onun “təbii səbəblərdən” öldüyünü yazıblar.

Azpost.info

Əvvəlki məqalə

Kliniki Tibbi Mərkəz uşağı əməliyyat etməyən həkimə görə təzminat ödəyəcək –

Sonrakı məqalə

Moskvadan rus sərhədçilərinin İrəvan hava limanından çıxarılmasına münasibət