Ali Məclisin sədri Naxçıvanda ali vəzifəli şəxs sayılmayacaq

Naxçıvan
Naxçıvan

Naxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.

AzPost xəbər verir ki, bu Milli Məclisin plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Sözügedən maddədə Naxçıvan MR-in ali vəzifəli şəxsinin səlahiyyətləri də əksini tapıb.

Qanun layihəsində həmin maddənin ləğv edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.