“İki ali təhsil müəssisi çıxmaq şərti ilə, ali məktəblərdə yaşı 70-dən yuxarı olan müəllimlər 10 faizdən, 50 yaşdan yuxarı olanlar isə 50 faizdən çoxdur”.
Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. E.Əmrullayev deyib ki, ona görə də ali məktəblərdə distant təhsil forması təklif edilib.