Məktəbəqədər qruplarda tədris başlanır –Oktyabrın 1-dən

Oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər qruplarda tədrisin başlanması planlaşdırılır.

“120 min uşağın bu il məktəbəqədər qruplarda təhsil almasını planlaşdırırıq”.

Bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, bu il yenə də oktyabrın 1-dən həftədə 2 dəfə olmaqla, məktəbəqədər qruplarda tədrisin başlanması planlaşdırılır: “Noyabrın 2-nə qədər bu rejimdə işləyə bilsək, bu, müəyyən mənada uğur hesab edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Ali məktəblərdə yaşı 70-dən yuxarı müəllimlər 10 faizdən çoxdur