Ali Radanın iclası Rusiyanın parlament binasına mümkün hücumuna görə ləğv edilb

Ali Radanın deputatlarına Rusiyanın parlament binasına raket hücumu ehtimalı barədə xəbərdarlıq edilib və noyabrın 22-nə planlaşdırılan iclası ləğv edilib.

Azpost.info xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya məlumatlı mənbələr bildiriblər.
Deputatlara binanın atəşə məruz qala biləcəyi bildirilib.

Bu məlumatı xalq deputatı Aleksey Qonçarenko da təsdiqləyib. Onun sözlərinə görə, noyabrın 22-də Ali Rada Nazirlər Kabinetinə bir saatlıq suallar verməli idi.
Növbəti iclas dekabrda baş tutacaq.

Azpost.info

Əvvəlki məqalə

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb