Ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün 230 min nəfər ərizə verib –

DİM (RƏQƏMLƏR)
18 Noyabr 2021 - 10:51

2021-2022-ci tədris illəri üzrə ali və orta ixtisas təhsili müəssislərinə qəbul imtahanlarında iştirak etmək 230 min 79 nəfər ərizə verib. 

Azpost.info bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatda bildirilir.

Ərizə verənlərdən 75 min 666 nəfər ali və orta ixtias məktəblərinə qəbul olunub.

Bu siyahıya magistratura və rezidenturaya qəbul olanlar da daxildir. Magistraturaya 34 min 584 nəfər ərizə verib, onlardan 10 min 429 nəfəri daxil olub.

Rezidenturaya isə 3 min 518 nəfər ərizə verib, onlardan 417 nəfəri uğur qazanıb.

DİM-in statistik məlumatına görə, 2021-ci ildə ümumtəhsil müəssisələrində 220 min 359 nəfər məzun təhsil alıb.

Azpost.info