Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Alıcılar dönərxanalarda ətin tərkibindən tam xəbərsiz olur” –

User 31 Oktyabr 2023 - 12:00 (Last updated: 21 May 2025 - 20:15)
doner

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, bu il yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb.

Bundan əvvəl Binə qəsəbəsində 20-dən çox şagirdin dönərdən səhhətinin pisləşdiyi açıqlamışdı. Bəzi ekspertlərin fikrincə, Azərbaycanda bahalaşma insanların daha ucuz, amma həm də daha az keyfiyyətli mallara üz tutmasına səbəb olur. Bu da, onların iddialarına görə, insanların səhhətinə mənfi təsirlər göstərir.

Milli Məclisin Aqrar komitəsinin sədri Tahir Rzayev Turana bildirib ki, qida təhlükəsizliyinin təmin olunması yalnız bir qurumdan asılı deyil: “Hər bir vətəndaşdan da asılıdır ki, öz təhlükəsizliyini təmin etsin. Sözsüz ki, dönərdən zəhərlənmə hadisəsi xoşagəlməz bir haldır. Burada Qida Təhlükəsizliyi Agentliyini qınamaq tam düzgün olmazdı, çünki AQTA ölkədə bütün ərazilərə nəzarət edə bilməz… Yüzlərlə cərimələr var. Amma görək dönüş yaranırmı? Əslində bəzi işbazlar vəziyyətdən istifadə edirlər… Mal əti adı altında mənşəyi bilinməyən ət satışa çıxarılır və sonra bu aşkar olunur”.

Deputat qeyd edib ki, bir çox hallarda vətəndaşlar evdə qidadan zəhərlənir: “Bu o deməkdir ki, vətəndaşlar özünün, dönər satanlar isə alıcıların sağlamlığının qayğına qalmalıdır… Dəfələrlə elan edirlər ki, hansısa ərzaq məhsulları keyfiyyətsizdir, bunu almaq olmaz. Amma, təəssüf ki, insanlar həmin məhsullardan daha çox istifadə edirlər”.

Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynovun Azadlıq Radiosuna bildirməsinə görə də, Azərbaycandakı dönərxanalar elə bir şəraitdə fəaliyyət göstərirlər ki, istehlakçılar məhsulun tərkibindən və onun hazırlanma qaydasından tam xəbərsiz olurlar: “Baxmayaraq ki, ölkəmizdə dönərxanalar üçün standartlar mövcuddur… Amma həmin gigiyenik tələblərə əməl olunmur, dönərxanalarda çalışanlar tibbi müayinədən keçirilmir”.

Onun sözlərinə görə, birinci növbədə qanunlarda dəyişikliklər etmək lazımdır: “Biznes qurumlarında yoxlama aparmağa icazə verilmir. İcazəni almaq üçün çox böyük bürokratik əngəlləri aşmaq lazımdır”.

Ekspert vurğulayıb ki, uzun illərdir Azərbaycanda təkcə dönərdən deyil, digər məhsullardan da zəhərlənmələrin dəqiq statistikası aparılmır: “Bu sahədə konkret dövlət siyasəti mövcud olmalıdır. Respublikamızda qida zəhərlənmələri dünya statistikasından dəfələrlə az göstərilir”.

Mövzu ilə bağlı dönər satışı ilə məşğul olan müəssisələrlə danışmaq mümkün olmayıb.

Post navigation

Previous: “Dağıstanda yaşayan yəhudilər Azərbaycana gələ bilərlər” –
Next: “Hamısı cəzalandırılacaq, heç kimə güzəşt edilməyəcək”

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.