“Alimlərimiz yalnız anqlo-saksonlara təsir edəcək bioloji silahlar hazırlamalıdırlar”- Rusiyalı general

“Rusiyalı alimlər yalnız anqlo-saksonlara təsir edəcək bioloji silahlar hazırlamalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Duması Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib.

“Onlar konkret olaraq hər bir xalqın genofondunu öyrənir və onu məhv edən silahı hazırlamağa çalışırlar. Anqlosakslarla məşğul olmalıyıq. Onlar əsas düşmənlərdir”, – Qurulev bildirib.

O qeyd edib ki, Rusiyada artıq bioloji silahlardan qorunmaq üçün tədbirlər görülür. Xüsusən də taun əleyhinə stansiyalar kütləvi şəkildə tikilir və modernləşdirilir: “Bu, müdafiə komponentidir, lakin belə bir vəziyyətdə zərbə komponentinə də ehtiyac var. Bu, bizə eyni şeyi düşmənimizə qarşı istifadə etməyə imkan verəcək”.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın xaricdəki hesablarının dondurulması soyğunçuluqdur”

Sonrakı məqalə

Bakı hava limanının 2-ci Terminalı beynəlxalq reyslər üçün açılır