Alimlər 486 ayağı olan naməlum canlı tapıblar –FOTO

Alimlər qırxayaqların yeni növünü kəşf ediblər.

Phys.org məlumatlarına əsasən, onun elmi adı yerli parkın ərazisində tapıldığı üçün Los-Anceles qırxayağı olan “Illacme socal”dır.

Balaca həşaratı ancaq mikroskop altında görmək olar. Tikiş sancağı uzunluğunda olan bu onurğasızın əvvəllər necə diqqətdən kənarda qaldığını başa düşmək asandır. Elm adamları uzun illər onun varlığından xəbərsiz olub. İndi bu kiçik tapıntının adı dünyada yaşayan 12.000 digər qırxayaq növlərinin siyahısına əlavə edilib.

Virciniya Təbiət Tarixi Muzeyinin entomoloqu Derek Hennen deyib yeni növ canlılar sözün əsl mənasında ayağımızın altındadır. “Bu isə açıq yaşıl sahələrin və təbii yaşayış yerlərinin qorunmasının nə qədər vacib olduğunu sübut edir. Los-Anceles kimi meqapolisdə belə  hələ də yeni növlər tapa bilərsiniz.”

Tapılan canlı kiçik və ləngdir. Onun 486 ayağı və dişli başı var,. Həşarat çürümüş yarpaq və daşlarla qarışıq torpaqda yaşayır. O, çürüyən üzvi materialı yeyir.

Qırxayaqlar planetdə həyatın mövcud olduğu müddətə qədər mövcuddur. Fosil qeydlərinə görə, onlar planetdə oksigenlə nəfəs alan ilk quru heyvanları olub. Bunlar həssas kiçik canlılardır: sancmırlar və dişləmirlər.. Onların əksəriyyəti, o cümlədən Los-Anceles qırxayağı da kordur.

Azpost.info

Əvvəlki məqalə

Krıma 28 PUA hucumu olub

Sonrakı məqalə

“Arzuma çatdım…” –