Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Alimlər dünyada yalnız bir insanda olan yeni qan qrupu aşkar ediblər

Orkhan Ali 18 İyul 2025 - 08:56 (Last updated: 18 İyul 2025 - 08:57)
qan qrupu

Tədqiqatçılar nadir genetik xüsusiyyətlərə malik unikal qan qrupu müəyyən ediblər.

AzPost bildirir ki, bu qan qrupu hazırda dünyada yalnız bir nəfərdə – Qvadelupa adasında yaşayan bir qadında qeydə alınıb.

Yeni qan qrupu “Qvada-mənfi” adlandırılıb. Tam genomun ekzom analizindən (iyirmi minə yaxın genin araşdırılması) istifadə edən alimlər bu qadında PIGZ adlı gendə mutasiya aşkar ediblər. Bu gen hüceyrə membranlarının səthindəki əsas molekullara xüsusi şəkər birləşməsini bağlayan fermentin sintezini təmin edir.

Unikal qan daşıyıcısı yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkir və iki övladını doğuş zamanı itirib. Alimlər bu sağlamlıq problemlərinin məhz həmin genetik pozuntu ilə əlaqəli ola biləcəyini qeyd edirlər.

PIGZ geni tərəfindən sintez olunan ferment, hüceyrə səthində yerləşən GPI-ankar molekulunun formalaşmasının son mərhələsində iştirak edir. Əvvəlki araşdırmalar göstərib ki, GPI sintezinə cavabdeh olan digər fermentlərdəki defektlər də ciddi nevroloji pozuntulara səbəb ola bilər.

Hazırda alimlər nadir qan qruplarını süni şəkildə yaratmaq üçün kök hüceyrələrdən eritrositlərin becərilməsi və genetik modifikasiya üsulları üzərində işləyirlər. Teorik olaraq, PIGZ genində məqsədyönlü mutasiya yaradaraq Qvada-mənfi qan qrupuna sahib süni eritrositlərin istehsalı mümkündür.

AzPost.az

Post navigation

Previous: Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək
Next: Britaniyada səsvermə hüququ 16 yaşa endirilir

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.