Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlər kağızdan daha tez parçalanan plastik hazırlayıblar –

User 31 May 2025 - 18:04 (Last updated: 31 May 2025 - 15:38)
Plastik

Plastik

Hər il milyonlarla ton plastik okeanlarla qarışaraq ətraf mühitə qalıcı ziyan vurarkən alimlər bu vəziyyətin qarşısını müxtəlif yollarla almağa çalışırlar. ABŞ-da yerləşən “Woods Hole Oceanographic Institution” təşkilatının alimləri sellüloz diasetat (CDA) adlanan bioplastikin dəniz suyunda ən tez dağılan plastik növü olduğunu aşkarladıqdan sonra prosesi daha da sürətləndirmək üçün işə başlayıblar. 100 ildən çox istifadə edilən CDA günəş eynəklərindən siqaret filtrlərinə qədər müxtəlif məhsullarda mövcuddur. Bioplastik istehsal şirkəti “Eastman” ilə əməkdaşlıq edən komanda CDA-nın “köpüklənmə” adlanan sadə bir proseslə məsaməli hala gətirildiyi zaman onun əvvəlki vəziyyətindən 15 dəfə daha sürətli parçalandığını müşahidə edib.

AZƏRTAC xəbər verir ki, “ACS Publications” jurnalında dərc edilən məqalədə, yeni köpük CDA-nın dəniz suyunda kağızdan daha sürətlə həll olunduğu bildirilib. Alimlər okeandakı təbii şəraiti mümkün qədər yaxından təqlid edən akvarium mühitində aylarla eksperimentlər aparıblar. Yeni yaradılmış CDA-nın 36 həftənin sonunda kütləsinin 65-70 faizini itirdiyi müşahidə edilib. Bu dövrdə tez-tez istifadə olunan başqa bir plastik materialın kütləsi dəyişməz qalıb.

Məqalənin aparıcı müəllifi Kollin Vard ixtiranı belə qiymətləndirir: “Biz əsas biliklərimizi nəinki istehlakçı ehtiyaclarını ödəyən, həm də okeanda bildiyimiz hər hansı digər plastik materialdan, hətta kağızdan daha tez parçalanan yeni materialın hazırlanmasına yönəltdik”.

Tədqiqat qrupu müxtəlif materiallardan hazırlanmış əşyaları sınaqdan keçirdikləri 16 həftəlik təcrübənin nəticələrini paylaşıb. Tərkibində dəniz suyu olan eyni akvariumda aparılan araşdırmada köpük CDA-nın bərk CDA-dan daha sürətli əridiyi müşahidə edilib. Bu material kağız analoqlarından daha tez parçalanır. Tədqiqatçılar yeni materialın birdəfəlik istifadə olunan məhsullarda plastiki əvəz etməklə ciddi fayda verə biləcəyini düşünürlər.

AzPost.az

Post navigation

Previous: “Coca-Cola”nın loqosunda gizlənmiş “incə mesaj” nədir?
Next: Vətən müharibəsindən indiyədək 397 nəfər mina qurbanı olub

Oxşar xəbərlər

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02

xƏBƏR

ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
Bu gün Azərbaycanın enerji tarixində müstəsna əhəmiyyətə malik bir layihə (“Azəri-Çıraq-Günəşli” bloku) üzrə əlamətdar gündür. 7 noyabr...
Read more about “Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib ilham xankendi
  • Baş Yazı

İlham Əliyev Xankəndidə -Təməlqoyma mərasimlərində iştirak edib

User 07 Noyabr 2026 - 11:25
7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir? burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı Super Tuesday primary election day
  • Dünya

Senator Sanders İrana qarşı müharibənin pulunu kəsməyə çağırdı

User 07 Noyabr 2026 - 11:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.