Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Alimlər gündüz yuxululuğunun səbəbini tapdılar 

Orkhan Ali 27 Oktyabr 2025 - 12:46 (Last updated: 27 Oktyabr 2025 - 08:10)
1

ABŞ-ın Mass General Brigham xəstəxanasının tədqiqatçıları gündüz yuxululuğuna səbəb olan bioloji göstəriciləri müəyyən ediblər. AzPost xəbər verir ki, alimlər insan qanında bu vəziyyətlə birbaşa əlaqəli xüsusi maddələr – metabolitlər aşkar ediblər.

eBioMedicine jurnalında dərc olunan araşdırmada 6 min nəfərdən çox insanın sağlamlıq məlumatları təhlil edilib və yeddi əsas metabolit müəyyən olunub. Bu maddələrin səviyyəsi yüksək olduqda insanlarda gün ərzində yuxululuq, yorğunluq və enerjisizlik hissi daha çox müşahidə olunur.

Alimlər bildirirlər ki, bu metabolitlərə qidalanma ilə birbaşa təsir etmək mümkündür. Gündüz yorğunluğu və yuxululuqla mübarizə aparmaq üçün omega-6 yağ turşuları ilə zəngin qidalar – qoz-fındıq, bütöv dənli məhsullar, bitki yağları, yağlı balıqlar (məsələn, qızılbalıq və sardina), çia və kətan toxumu qidalanmaya daxil edilməlidir.

Bundan başqa, xolin baxımından zəngin qidalar – yumurta, soya, süd məhsulları və az yağlı ət növləri də orqanizmdə enerji mübadiləsini dəstəkləyir və beyin fəaliyyətini gücləndirir.

Tədqiqat göstərib ki, insanın gümrahlığı təkcə yeməklərdən deyil, həm də hormon balansı, yuxu keyfiyyəti və stressə qarşı dözümlülükdən asılıdır.

Mütəxəssislər vurğulayırlar ki, özünü enerjili hiss etmək üçün düzgün qidalanmaqla yanaşı, yaxşı yatmaq, fiziki hərəkəti artırmaq və istirahət üçün zaman ayırmaq da vacibdir.

AzPost.az

Post navigation

Previous: Sabahın hava proqnozu açıqlanıb
Next: Alimlər düyü dənəsi boyda pivə şüşəsi yaradıblar –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
65 yaşdan sonra şəxsi gigiyena ilə bağlı gündəlik vərdişlərə yenidən baxmaq lazım gələ bilər. Yaş artdıqca dəri...
Read more about 65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər cay kofe
  • Maraqlı

Acqarına içilən bu içkilər mədəyə və qanda şəkərə zərər verə bilər

User 30 Oktyabr 2026 - 17:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.