Alman əsgərləri Ukrayna cəbhəsinə göndərilməyəcək –Kansler Şolts

“NATO Ukrayna müharibəsində tərəf olmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts bildirib öz video müraciətində bildirib.

“Biz istəmirik ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə Rusiya ilə NATO arasında münaqişəyə çevrilsin. Bunda biz bütün müttəfiqlərimizlə birləşmişik”, – kansler bildirib.

Şolts qeyd edib ki, alman əsgərləri döyüş bölgəsinə göndərilməyəcək. O, bəyan edib ki, Almaniya münaqişədə iştirak etmir: “Mən birbaşa deyə bilərəm: Federal Kansler kimi Almaniya Silahlı Qüvvələrinin üzvlərini Ukraynaya göndərməyəcəyəm”.

 

Əvvəlki məqalə

Ağ Evin həkimi Preziden Baydenin xəstəliklərini açıqlayıb

Sonrakı məqalə

Türkiyə və Çin Ukrayna müharibəsinin həlli üçün danışıqlar platforması hazırlayır