Almaniya hakimiyyəti 100 Rusiya diplomatını ölkədən çıxarmaq niyyətindədir.
Azpost.info bildirir ki, bu barədə “Bild” qəzetinə mötəbər mənbələr məlumat verib. Diplomatlar Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Bu həftə bununla bağlı qərarın açıqlanacağı gözlənilir. Kansler Olaf Şolz məsələnin araşdırılması ilə bağlı göstəriş verib.
“Bild” yazır ki, söhbət əhəmiyyətli sayda rusiyalı diplomatlarından gedir. Qəzet iddiasına görə, 100-ə qədər şəxs ölkədən qovula bilər. Bundan əvvəl nəşr Almaniyada Rusiya kəşfiyyatına işlədiyi iddia edilən 2 mindən çox adamın olduğunu iddia etmişdi.