ABŞ dövlət katibi Rusiyanın 3 strateji məqsədini açıqladı

“Rusiyanın Ukraynanı işğal etməklə bağlı qarşısına qoyduğu hədəfləri iflasa uğradı”.

Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynada strateji uğursuzluğa düçar olub: “Rusiyanın üç məqsədi var idi – Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini inkar etməklə Rusiyanın gücünü təsdiqləmək, eyni zamanda Qərbi və NATO-nu  parçalamaq. Bu hədəflərinin hamısında – hər üç cəbhədə uğursuzluğa düçar oldu”.

Blinken Rusiyanın gücünün xeyli azaldığına, ordusunun isə xeyli geridə qalmasına diqqət çəkib: “Onların iqtisadiyyatı axsamağa başlayıb. NATO və Qərb isə heç vaxt olmadığı qədər birləşib”.

O, Buçada mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsini əks etdirən fotoları da şərh edib. Blinken bildirib ki, Dövlət Departamenti Rusiya hərbçilərinin Ukraynada mülki şəxslərə qarşı törətdiyi hər bir vəhşiliyi sənədləşdirməyə kömək edəcək.

Azpost.info

Əvvəlki məqalə

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək –

Sonrakı məqalə

Almaniya 100-ə qədər Rusiya diplomatını ölkədən çıxarmaq istəyir