“Almaniya 3000-dən çox ukraynalı əsgərə təlim keçib”- ŞOLTS

“Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya 3000-dən çox ukraynalı əsgərə təlim keçib”.

Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

“Müharibənin əvvəlindən Bundesver Ukraynadan ümumilikdə 3000-dən çox əsgər hazırlayıb. 1000-dən çox əsgər üçün də Almaniyada çox yaxın vaxtlarda təlimlər başlayacaq. Onların təlim təşəbbüsləri ABŞ və Böyük Britaniya ilə yaxından əlaqələndiriləcək. Böyük Britaniya və ölkəmiz bununla da Ukrayna hərbçilərinin Avropada təlim keçməsi üçün mərkəzi platformaya çevrilir”, – Şolts bildirib.

O əlavə edib ki, Almaniya Ukraynaya hərbi yardımını genişləndirməkdə davam edir. Nümunə kimi o, Ukraynaya “Marder” piyada döyüş maşınları, “Leopard1” və “Leopard2” tankları və digər texnikanın verilməsini xatırladıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.