Almaniya ABŞ-dan “F-35″lərin alınmasına 10 milyard avro xərcləyəcək

Almaniya hökuməti ABŞ-ın beşinci nəsil F-35 qırıcılarının alınması üçün 10 milyard avro ayıracaq. Ümumilikdə 35 ədəd qırıcı alınacaq.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Almaniya hökumətinə istinadən yazıb.

Vəsait Almaniya silahlı qüvvələrini gücləndirmək üçün yaradılan 100 milyard avroluq fonddan ayrılacaq.

Almaniya kansleri Olaf Şolts sözügedən fondun yaradılmasını fevral ayında elan edib.

Azpost.info

 

Əvvəlki məqalə

Hazırda temperatur iqlim normasından 3 dərəcə aşağıdır –

Sonrakı məqalə

“GünazTV”nin rəhbəri Əhməd Obalı Mətbuat Şurasında görüş keçirib