Almaniya Misiri casusluqda ittiham edir- Federal Cinayət İdarəsindən XƏBƏRDARLIQ

“Misirin təhlükəsizlik orqanları Almaniya kansleri Olaf Şoltsun ölkədə insan hüquqlarının pozulmasına dair bəyanatından sonra iqlim konfransının iştirakçılarını izləməyə başlayıb”.

Azpost.info xəbər verir ki, Almaniya Federal Cinayət İdarəsi məlumat yayıb.

“BMT-nin iqlimin qorunması sammitində (COP27) iştirak edən alman nümayəndə heyətinə qarşı Misirin təhlükəsizlik qüvvələri tərəfindən casusluq fəaliyyəti həyata keçirilir. Nümayəndə heyətinə mümkün casusluq və təxribat halları barədə xəbərdarlıq edilib”.

Noyabrın 8-də jurnalistlərə açıqlama verən Şolts Misirdə insan haqlarının pozulması hallarının olduğuna diqqət çəkib və buna misal olaraq hazırda həbsdə olan müxalif bloger Ala Əbd əl-Fəttahla bağlı vəziyyəti göstərib.

“Qərar qəbul etmək, azadlığa buraxılmasını təmin etmək lazımdır ki, aclıq edən adam ölüm həddinə çatmasın”, – kansler bildirib.

Məlumata görə, bu bəyanatdan sonra Misir təhlükəsizlik xidmətləri Almaniyadan olan nümayəndə heyətinin üzvlərini və onlarla həmfikir ölkələrin nümayəndələrini izləməyə başlayıb. Bundan başqa, Almaniyanın hüquq-mühafizə orqanları Qahirəyə yaxın şəxslərin təxribatına da işarə edib. Onların sözlərinə görə, konfransda Misir xəfiyyələri saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək özlərini BMT-nin nümayəndələri kimi göstərirlər.

Misirdə keçirilən iqlim konfransı noyabrın 18-dək davam edəcək.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ-ın başsağlığını qəbul etmirik” –

Sonrakı məqalə

Vladimir Zelenski azad olunmuş Xersona gəlib