Almaniya Pakistana 120 milyon avro ayıracaq

Almaniya qlobal iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün Pakistana 120 milyon avro ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bu gün Berlində keçirilən “Peterberq İqlim Dialoqu” beynəlxalq konfransı çərçivəsində Almaniyanın dövlət naziri Svenya Şulze ilə Pakistanın iqlim dəyişiklikləri üzrə naziri Şerri Rehman arasında bu istiqamətdə razılıq əldə olunub.

Almaniya və Pakistan 3 sahə üzrə iqlim tərəfdaşlığını dərinləşdirməyi planlaşdırır: daşqınlardan daha yaxşı qorunma, bərpa olunan enerji mənbələrindən və sosial müdafiə sistemlərindən istifadənin genişləndirilməsi.

İki günlük “Peterburq İqlim Dialoqu” konfransı BMT-nin noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək iqlim dəyişikliyi üzrə konfransına hazırlıq məqsədi daşıyır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.