Almaniyanın Frankfurtdakı ali torpaq məhkəməsi Rusiyaya məxsus dondurulmuş aktivlərdən 720 milyon avronun müsadirə edilməsini planlaşdırır. Bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.
AzPost xəbər verir ki, DPA-nın məlumatına görə, məhkəmə qərarı Avropa İttifaqının 2022-ci ildə tətbiq etdiyi sanksiyalar çərçivəsində qəbul ediləcək. Bildirilir ki, bu vəsaitlər dövlət büdcəsinə yönəldiləcək və federal prokurorluğun sorğusu əsasında xüsusi icraat başlanılıb.
Mənbənin sözlərinə görə, sözügedən bankın adı açıqlanmasa da, o, Avropa İttifaqının iyun 2022-də qəbul etdiyi sanksiya siyahısına daxil edilib. Həmin vaxtdan etibarən maliyyə qurumunun Avropadakı bütün vəsaitləri dondurulub.
DPA həmçinin qeyd edib ki, sanksiyalar tətbiq olunduqdan qısa müddət sonra bankla əlaqəli bəzi şəxslər vəsaitlərin bir qismini ölkədən çıxarmağa cəhd göstəriblər. Lakin bu əməliyyat dərhal dayandırılıb və Almaniyada dondurulmuş aktivlərdən qanunsuz istifadə cəhdinə görə istintaq işi açılıb.