Almaniya Ukraynaya daha 25 Leopard tankı təhvil verib

Almaniya Ukraynaya daha 25 Leopard 1A5 tankı təhvil verib.

Azpost.info xəbər verir ki, bu barədə hökumətin saytında bildirilir.

Məlumata görə, bu, Danimarka ilə birgə maliyyələşdirilən layihə çərçivəsində baş verib.

Həmçinin Kiyevə yeni tədarüklər arasında 12 zirehli transportyor, yerüstü və kəşfiyyat pilotsuz təyyarələri, hava müşahidəsi üçün radarlar və 3D printer var. Bundan başqa, Bundestaq Ukrayna hərbçiləri üçün 30 min dəst qış geyimi ayırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.