“Almaniya və Aİ Bakı və İrəvanı konkret təşəbbüslərlə dəstəkləməyə hazırdır”- BERBOK

Almaniya və bütövlükdə Avropa İttifaqı Bakı və İrəvanı konkret təşəbbüslərlə dəstəkləməyə hazırdır.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistan və Azərbaycana ikigünlük səfəri öncəsi deyib.

XİN rəhbərinin sözlərinə görə, belə təşəbbüslərdən biri Aİ-nin “Qlobal Gateway” proqramı çərçivəsində məlumatların ötürülməsi üçün Qara dənizin dibi ilə dərin dəniz kabelinin çəkilməsinin planlaşdırılmasıdır.

Berbokun fikrincə, bu layihədə iştirak Ermənistan və Azərbaycanı bir-birinə, eləcə də Avropaya yaxınlaşdıra bilər.

“Qlobal Gateway” təşəbbüsü inkişaf etməkdə olan və keçid iqtisadiyyatı olan ölkələrdə infrastruktura 300 milyard avroya qədər investisiyaları nəzərdə tutur. Bu proqramın məqsədlərindən biri də Aİ-nin qlobal təsirini gücləndirməkdir. Berbokun qeyd etdiyi məsələ – dərin dəniz kabelinin çəkilməsinin ümumi dəyəri 45 milyard avrodur. Avropa İnvestisiya Bankı bu məbləğin az qala yarısını öz üzərinə götürməyə hazırdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.