Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Almaniya və İtaliya İsrailə qarşı sanksiyaları ləngidir

User 30 İyul 2025 - 16:03 (Last updated: 30 İyul 2025 - 16:03)
avrop abyraq

Almaniya, İtaliya və bir sıra digər Avropa İttifaqı  ölkələri Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailə qarşı mümkün sanksiyalara hazırlığı ləngidir.

AzPost bildirir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, blokun Daimi Nümayəndələr Komitəsi iclas keçirib və həmin iclasda sanksiyalar paketinin qəbulu prosedurunun başlanması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Agentlik yazır ki, Almaniya, İtaliya və bir sıra digər ölkələrin nümayəndələri görüşdə təşəbbüsü daha da təhlil etmək istədiklərini və həmçinin “yaxın günlərdə gələcək inkişafı gözləməyi” zəruri hesab etdiklərini bildiriblər. Bundan əlavə, bəzi ölkələr sanksiyaların İsrail hakimiyyəti ilə dialoqu çətinləşdirə biləcəyindən narahatdırlar.

Nümayəndələr Komitəsi indi sanksiyalar təklifi ilə bağlı texniki məsələləri həll etməlidir. Prosesin hüquqi mübahisələrə görə ləngiməsi gözlənilir. Bundan əlavə, agentlik qeyd edir ki, bəzi ölkələr sanksiyaların ümumiyyətlə qəbul edilə biləcəyinə şübhə edirlər, çünki onların təsdiqlənməsi üçün Aİ əhalisinin 65%-ni təşkil edən ən azı 15 üzv ölkənin səsi lazımdır.

Agentliyin xatırladığı kimi, Avropa Komissiyası bazar ertəsi İsrailin “Horizon Europe” tədqiqat proqramında iştirakını dayandırmağı tövsiyə edib. AK bu qərarın əsası kimi İsrailin Qəzza zolağındakı hərəkətlərini göstərib. Brüsselin fikrincə, beynəlxalq hüquq və insan haqlarını pozur.

AzPost.az

Post navigation

Previous: MİQ üzrə vakansiya seçimi prosesinə yenilik ediləcək
Next: Uşaq Hüquqları Müdafiəsi Liqası “Müharibə uşaqların gözü ilə” layihəsinə start verib

Oxşar xəbərlər

rus liman
  • Katogriyasız

Rusiyanın ən böyük limanı PUA-larla vuruldu- Yanğın başladı, yaralılar var

User 11 Noyabr 2026 - 10:34
erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41

xƏBƏR

ƏSAS FOTO 800x500 (15)
  • Media

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

User 17 Noyabr 2026 - 18:11
Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt...
Read more about Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı menzil dizayn
  • Baş Yazı

Güzəştli mənzili kimlər ala bilər? -Hüququ olan şəxslərin tam siyahısı

User 17 Noyabr 2026 - 17:48
İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38
Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya suni intelekt
  • Maraqlı

Süni intellektin elektrik sərfiyyatı azala bilər- Alimlərdən yeni texnologiya

User 17 Noyabr 2026 - 17:28
Bu göstərici insanı yanılda bilər – Artıq çəki necə qiymətləndirilməlidir? Pəhriz
  • Maraqlı

Bu göstərici insanı yanılda bilər – Artıq çəki necə qiymətləndirilməlidir?

User 17 Noyabr 2026 - 17:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.