Almaniya XİN başçısı ÜST-ün maliyyələşdirilməsinin vacib olduğunu bildirib

15 Aprel 2020 - 15:17

Almaniya Xarici İşlər naziri Hayko Maas ABŞ Prezidenti Donald Trampın ÜST-ə maliyyə yardımını dayandırması qərarına münasibət bildirib.

Almaniya XİN başçısı “Twitter”də bildirib ki, başqalarını günahlandırmaq problemin həllinə kömək etmir.

“Koronavirus heç bir sərhəd tanımır. Biz COVID-19-a qarşı sıx əməkdaşlıq şəraitində çalışmalıyıq. Ən yaxşı sərmayələrdən biri BMT-ni gücləndirmək, ilk növbədə də testlərin və peyvəndlərin hazırlanması və paylanılmasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini gücləndirməkdir”, – deyə o qeyd edib.