Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Almaniyada azərbaycanlı qanunsuz miqrant alveri ilə bağlı həbs edilib

User 10 Sentyabr 2025 - 16:59 (Last updated: 10 Sentyabr 2025 - 17:05)
miqrant azeri
Almaniyada çərşənbə günü səhər tezdən Şimali Reyn-Vestfaliya əyalətinin Vuppertal-Barmen rayonunda polis xüsusi əməliyyat keçirib. Federal Polisin Mobil Nəzarət və Müşahidə dəstəsi (MKÜ) saat 6 radələrində Melanchthon küçəsində yerləşən çoxmənzilli binaya çilingər xidməti vasitəsilə daxil olub. Məqsəd 40 yaşlı, Azərbaycandan olan bir şəxsin mənzilində axtarış aparmaq və onu saxlamaq olub.
AzPost bildirir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib.
Görlitz prokurorluğunun göstərişi ilə keçirilən əməliyyatda həmin şəxs saxlanılıb, mənzilində və avtomobilində axtarış aparılıb. Ebersbax Federal Polis İnspeksiyasının məlumatına görə, o, 2024-cü ilin avqust və sentyabr aylarında ən azı altı dəfə Xorvatiyadan Almaniyaya, həmçinin İtaliyaya ümumilikdə 87 nəfəri qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham olunur. Saxlanılan şəxs iddiaya görə, bu səfərlər üçün karvan avtomaşınlarını icarəyə götürüb, sürücülər cəlb edib və miqrantların daşınmasını təşkil edib.
Polisin məlumatına görə, hər səfərdə 10-23 nəfər daşınıb, qadın və uşaqlar da olub. İnsanlar uzun saatlar maşınlarda gizli saxlanılıb, maşından çıxmalarına icazə verilməyib və ehtiyaclarını avtomobilin içində ödəməyə məcbur qalıblar. Çexiya polisi bir hadisədə qaçaqmalçılıq maşınını sərhəddə saxlayaraq sürücünü həbs edib. Bu əməliyyat həmin araşdırmanın davamı kimi qiymətləndirilir.
Reyd zamanı bir neçə mobil telefon və digər sübut materialları götürülüb. Saxlanılan şəxs Vuppertal Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Əlövsət Əliyev alman mediasına iradını bildirib. Onun sözlərinə görə, bu hadisə ilə bağlı Almaniyanın bir sıra nüfuzlu media qurumları – BILD, Wuppertaler Rundschau və Sächsische Zeitung xəbərdə şəxsi “Aserbaidschaner” (azərbaycanlı) kimi təqdim edib.
“Halbuki cinsiyyət və millət cinayət kateqoriyası deyil, bu kimi hallarda şəxsin vətəndaşlığının qeyd olunması daha obyektiv olardı. Cinayətkarın milləti olmur, yalnız hüquqi statusu (vətəndaşlığı) və fərdi məsuliyyəti olur. Bu səbəbdən mətbuatın belə hallarda milli kimliyi qabartmaq əvəzinə, hüquqi faktları – vətəndaşlıq, status və konkret cinayət ittihamını önə çəkməsi daha düzgün olardı”-deyə o vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgisinin açılışı olub –
Next: Nepalda etirazçılar həbsxananı ələ keçirməyə cəhd edib

Oxşar xəbərlər

eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.