Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgisinin açılışı olub –

User 10 Sentyabr 2025 - 16:47 (Last updated: 10 Sentyabr 2025 - 16:47)
su01
2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week”in (“Bakı Su Həftəsi”) rəsmi açılış mərasimi keçirilib.
Rəsmi hissədə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov qonaqları salamlayaraq, “Bakı Su Həftəsi”nin 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının açılışında iştirak etdiklərinə görə minnətdarlığını bildirib.
O qeyd edib ki, ötən il uğurla keçirilən ilk “Bakı Su Həftəsi” bu mötəbər platformanın əhəmiyyətini bir daha təsdiqlədi: “Bu gün isə artıq ənənəyə çevrilməkdə olan bu tədbir bizi bir araya gətirərək su ehtiyatlarının idarə olunması, qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərində mühüm müzakirələr aparmaq imkanı yaradır.”
Agentliyin sədri həmçinin vurğulayıb ki, həftə ərzində keçiriləcək panel müzakirələri, təqdimatlar və fikir mübadilələri milli su strategiyasının hədəflərinə çatmaqda mühüm rol oynayacaq, yeni ideyaların formalaşmasına və beynəlxalq əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfə verəcək.
Tədbirdə Baş nazirin köməkçisi Əhməd Əhmədzadə, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Energetika nazirinin müavini Kamal Abbasov, “ACWA Power” şirkətinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Qeyd edək ki, 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (“Bakı Su Həftəsi”) sentyabrın 12-dək davam edəcək.

AzPost.az

Post navigation

Previous: Yaponiya Rusiyadakı texniki yardım mərkəzlərini bağladı
Next: Almaniyada azərbaycanlı qanunsuz miqrant alveri ilə bağlı həbs edilib

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı...
Read more about Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.