Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edilib

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.

APA-nın verdiyi xəbərə görə iyulun 5-də Almaniyanın Münhen şəhərində təhsil alan tələbə Kənan Camal oğlu Səfərovun meyiti yaşadığı ünvanda tapılıb.

Bu gün Kənan Səfərovun meyiti Azərbaycana, doğulduğu Lənkəran rayonunun Digah kəndinə aparılıb.

Vida mərasimindən sonra o, Digah kənd qəbiristanlığında torpağa tapşırılıb.

Yaxınlarının dediyinə görə, ilkin versiya olaraq Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.

Qeyd edək ki, evin tək övladı və birinci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı. Buna qədər isə o, anası ilə Bakı şəhərində yaşayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.