Almaniyada uçan taksi uğurla sınaqdan keçib –FOTO

Alman mütəxəssislər tərəfindən “CityAirbus” adlı uçan taksi ixtira edilib.

RİA Novosti xəbər verir ki, 4 sərnişinlə 100 kilometrə qədər məsafə qət etmək gücündə olan taksilər məsafədən idarə olunur. Elektrik enerjisi ilə işləyən “CityAirbus” saatda 120 kilometr sürət yığır.

İxtiraçılar ümid edirlər ki, yaxın gələcəkdə sözügedən taksilər şəhərlər arasında da uçuş edə biləcək. Dörd pərli avtomobil sürücüsüz hərəkət edir. Hələlik praktiki olaraq istifadəyə buraxılmayıb.

Qeyd edək ki, bu taksilərin 2019-cu ilin dekabr ayında ilk uçuşu uğurla keçirilib. Lakin onların nə vaxt istifadəyə veriləcəyi barədə dəqiq tarix göstərilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya 2021-ci ilə qədər ayda bir neçə milyon peyvənd istehsal edəcək

Sonrakı məqalə

“ABŞ TikTok gəlirlərindən pay almalıdır” –