Almaniyada Ukraynanı Rusiyanın aktivləri hesabına bərpa etmək təklif olunur

Almaniyada “Soyuz-90/Yaşıllar” partiyasının həmsədri Rikarda Lanq Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı bərpa etmək üçün istifadə etməyə çağırıb.

Azpost.info xəbər verir ki, o, təkcə Almaniyada bu aktivlərin bir neçə milyard avro olduğunu bildirib.

“Bütün Avropada bu məbləğ daha yüksəkdir. Hesab edirəm ki, bu vəsait Ukraynanın bərpasına yönəldilməlidir”, – siyasətçi deyib.

Onun sözlərinə görə, prosesi hüquqa əsaslanaraq həyata keçirməyin yollarını axtarmaq lazımdır.

Lanq həmçinin vurğulayıb ki, Ukraynanın bərpası və ona humanitar yardımın göstərilməsi sürətləndirilməlidir: “Ukrayna təcili qaydada generatorlar və su təmizləyici qurğularla təmin edilməlidir”.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə inflyasiya növbəti dəfə rekordunu yeniləyib

Sonrakı məqalə

BMT-nin Baş katibi ərzaq böhranı ilə bağlı xəbərdarlıq edib