Alp dağlarında itkin düşən milyarderin ölümü təsdiq edilib

16 May 2021 - 09:08

Almaniya məhkəməsi “Tengellman” pərakəndə satış şəbəkəsinin rəhbəri olan milyarder Karl Erivan Haubun ölüm faktını təsdiqləyib.

“Haber Global”ın məlumatına görə, o, 58 yaşında ikən 2018-ci ilin aprel ayının 7-də İsveçrədə Alp dağlarında itkin düşüb.

Hadisədən on gün sonra Karlın kiçik qardaşı Kristian şirkətin idarə heyətinin rəhbərliyinə gətirilib.

Cari ilin əvvəllərində isə artıq mərhum milyarderin şirkətdəki payı da qardaşına satılıb.