AMEA İşlər İdarəsinin sabiq müdiri Ramiz Mehdiyevin ittihamlarına cavab verib

AMEA İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev akademik Ramiz Mehdiyevin ittihamlarına cavab verib.

F. Abdullayev APA-ya açıqlamasında R.Mehdiyevin iddialarına təəssüfləndiyini qeyd edib: “Azərbaycan Milli Elmlər Akademiyasının nüfuzuna xələl gətirəsi hər hansı məsələnin ictimailəşməsinin qəti əleyhinəyəm. Qaldı konkret şəxsimlə bağlı səsləndirilən fikirlərə, yaşını və vəzifəsini nəzərə alaraq çox təəssüfləndiyimi bildirirəm. Onu da xatırlatmaq istərdim ki, mən artıq 2 ildir AMEA-da çalışmıram”.

Qeyd edək ki, R.Mehdiyev AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayevi ittiham edib. O, akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb: “Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda çay evində karantin qaydaları pozulub, 17 nəfər cərimələnib

Sonrakı məqalə

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri üçün təlim keçirilib