AMEA Rəyasət Heyəti Aparatında dəyişiklik

- 3 şöbə birləşdirildi
20 Fevral 2020 - 15:45

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatında Protokol, Katiblik və Elektron sənəd dövriyyəsi şöbələri “Sənədlərlə iş” şöbəsində birləşdirilib. 

Bu barədə APA-ya AMEA-dan bildirilib.

Bildirilib ki, 3 şöbənin birləşdirilməsi ilə kadr potensialı da artırılıb.

“AMEA-nın inkişafı ilə bağlı 2020-2025-ci illər üçün proqram müəyyənləşib. Bununla bağlı bir sıra tədbirlər keçirilir. Hazırda elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi işləri gedir. Sonrakı struktur dəyişiklikləri prioritetlərə uyğun olaraq həyata keçiriləcək”, – deyə qeyd olunub.