“Amerika cəhənnəmə doğru gedir” –TRAMP

Artıq Amerika arzusu yoxdur, sadəcə kabus və cəhənnəmə aparan yol var.

Bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki mitinqində deyib.

“Bir müddətdir ki, Amerika yuxusu haqqında eşitmisiniz, indi Amerika kabusudur. Siz Tramp administrasiyası dövründə daha yaxşı idiniz, ölkə daha yaxşı vəziyyətdə idi. Bu gün ölkəmiz cəhənnəmə doğru gedir”, – deyə D.Tramp mitinqdə söyləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək. Donald Tramp və Nikki Heyli Respublikaçılar Partiyasından namizəd olmaq üçün mübarizə aparırlar. Hazırkı Amerika lideri Co Bayden də Demokratlar Partiyasından yenidən seçilmək niyyətində olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Bavariya” məğlub olub, PSJ isə qalib gəlib

Sonrakı məqalə

“Qarabağ” bu gün “Braqa” ilə oynayacaq –