Amerikalı rejissor Tim Burton maraqlı bir açıqlama verib. O, hansı səbəbdən uzun müddət internetsiz işlədiyini izah edib. Rejissor hətta əlavə edib ki, o, internetsiz darıxmır və buludları seyr etməyi sevir.
Burton çox tez depressiyaya düşdüyünü bildirib. Bunun səbəbini isə özünəməxsus şəkildə izah edən rejissor deyib ki, bəlkə də bir çox insanlardan daha çevik, sürətli olan internet bu işdə ona “kömək edir” .
“Məni tanıyan hər kəs bilir ki, mən bir az texnofobam. İnternetə baxan kimi özümü depressiyada görürəm. Bu hal isə həmişə məni qorxudur, çünki özümü tez itirirəm, sanki qara dəliyə düşürəm. Ona görə də çalışıram bundan qaçım – internet mənə zövq vermir.”- deyən rejissor Tim Burton öz psixoloji vəziyyətini belə təqdim edib.
Rejissorun dediyinə görə əslində gözəlcə zövq ala-ala səmadakı buludlara tamaşa etmək kimi sadə vərdişlər daha çox onun dincəlməsinə, özünü yaxşı hiss etməsinə kömək edir. Burton bildirib ki, həmçinin onun həyətində altı metr uzunluğundakı “Tyrannosaurus rex” dinozavr növünün skeleti də daxil olmaqla nəhəng dinozavr modellərinin kolleksiyası var.
66 yaşlı amerikalı kinorejissor, ssenarist, prodüser, eləcə də şair, həmçinin kinoda xüsusi xidmətlərinə görə nüfuzlu “Emmi” mükafatına layiq görülən Tim Burtonun sözlərinə görə düzgün yol seçdiyinə tam əmindir. Rejissor məhz belə yaşayacağını, həyat tərzini dəyişməyəcəyini deyib.
Oqtay Qorçu