Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Yeni Klinikada onlayn növbə sistemi vətəndaşları çaş-baş salır

Orkhan Ali 16 Yanvar 2026 - 10:31 (Last updated: 16 Yanvar 2026 - 10:33)
yeni klinika

Bakıda yerləşən Yeni Klinikanın onlayn növbə sistemi vətəndaşın narazılığına səbəb olub. AzPost xəbər verir ki, Cavid adlı şikayətçi bildirir ki, klinikada tətbiq edilən elektron növbə mexanizmi nə rahatlıq yaradır, nə də aydın istiqamətləndirmə təmin edir.

Vətəndaş onlayn qaydada növbə götürərək klinikaya yaxınlaşıb və girişdə quraşdırılmış aparat vasitəsilə növbə kodunu aktivləşdirib. Aparatdan alınan çekdə növbə kodu, həkim otağının nömrəsi və qəbul vaxtı — 11:00–11:10 aralığı dəqiq göstərilib. Çekdə həmçinin “sıra nömrənizi monitordan izləyin” qeydi yer alıb.

Şikayətə görə, vətəndaş göstərilən otağı taparaq qarşısında gözləməyə başlayıb. Qəbul vaxtı çatdıqda isə yaxınlıqdakı əməkdaşa növbəsinin hansı monitorda görünəcəyini soruşub. Cavab olaraq bildirilib ki, həmin koridordakı monitor işləmir və yenidən birinci mərtəbəyə — qeydiyyat şöbəsinə qalxaraq həkim təyini üçün yeni çek almaq lazımdır.

Qeydiyyat şöbəsinə müraciət edən vətəndaşa isə çekinin artıq “yandığı” deyilib. Halbuki çekdə göstərilən qəbul vaxtı hələ bitməmişdi. Üstəlik, çek üzərində qeydiyyat şöbəsinə yenidən yaxınlaşmaqla bağlı heç bir məlumat yer almayıb. Əksinə, çek birbaşa həkim otağına yönləndirib.

Şikayətçi bildirir ki, verilən məlumatlara uyğun hərəkət etdiyi halda bu cür vəziyyətlə üzləşməsi başa düşülən deyil. Onun sözlərinə görə, onlayn növbə sisteminin əsas məqsədi klinikaya gedib vaxt itirməməkdir, lakin mövcud vəziyyət əksinə, həm vaxt itkisinə, həm də əsəb gərginliyinə səbəb olur.

Narazı vətəndaş qeyd edir ki, çek üzərində daha aydın və anlaşılan istiqamətləndirmə üçün kifayət qədər boş yer var və bunu proqram təminatına əlavə etmək cəmi bir neçə sətrlik kod tələb edir. Lakin bu cür sadə həllərin tətbiq edilməməsi Yeni Klinikada “yeniliyin yalnız adında qalması” fikrini formalaşdırır.

Bir kənarı qopardılan talon və bunu deyən yazı "TOBİB Yeni YeniKlinika Klinika ONLAYN ONLAYNNOVEA ONLAYNNOVBA NOVBA M3429 Hekim Uroloq OtaqH-13 H-13 Otaq Saat: 11:00 11:10 Zehmat olmasa sira nömtenizi monitorlarda zlayia/ (15012026 15020261 15 10:37 Size Sağlamlıa Arzulayırıq!" şəkili ola bilər

AzPost.az

Post navigation

Previous: Qızıl və gümüş ucuzlaşıb
Next: DTX və XRİDTX 2026-cı il üzrə əsas funksional hədəfləri müəyyən edib

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.