“Anakara İsveçin NATO-ya üzvlüyünü hələ də dəstəkləmir”- ƏRDOĞAN

“Türkiyə hakimiyyəti Şimali Atlantika Alyansının açıq qapı siyasətinə sadiq qalmağa davam edir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Bununla belə, Ərdoğan deyib ki, Ankara hələ də İsveçin bloka daxil olmasını dəstəkləmir.

“Biz NATO-nun açıq qapı siyasətini dəstəklədik. Finlandiyanın üzvlüyünü təsdiqlədik. Amma biz terrorçulara qucaq açanlara razılıq verə bilmərik. İsveçdən öz öhdəliklərini yerinə yetirməsini gözləyirik”, – Ərdoğan qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Vasif Talıbovun oğlunun yerinə yeni şəxs təyin edilib

Sonrakı məqalə

Albaniya prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar