“Anam bu fotolardan qorxdu, elə bildi “mavi”yəm…” –Şvartsnegger valideynlərindən danışıb

“Terminator” filminin 75 yaşlı  ulduzu  Arnold Şvartsnegger “Netflix”də haqqında çəkilmiş “Arnold” sənədli filmində valideynlərinin onun bodibilder olmaq arzusuna qarşı olduğunu deyib. 

Azpost.info bildirir ki, filmdə Arnold Avstriyanın Thal şəhərindəki kiçik şəhərdə necə böyüməyini  xatırlayıb.

O deyib ki, 1960-cı illərdə məşhur bodibilder Reg Parkın bir sıra filmlərdə oynadığı Herkules rolunu gördükdən sonra onun taleyi dəyişib: “Bu bədən məni o qədər heyran etdi ki, onu ağlımdan çıxara bilmədim” -deyə aktyor etiraf edib.

Arnold motivasiyasını saxlamaq üçün divardan Reg və dövrün digər məşhur bodibilderlərinin bir neçə afişa və şəkillərini asıb. Bu isə anasının narahatlığına səbəb olub. Anasının onun homoseksual olmasından qorxuya düşüb. Qızların oğlunu maraqlandırmadığını düşünüb: “Anam dedi: “Bütün dostlarının çarpayısının üstündən qız şəkilləri asılıb. Sənin başının üstündə yalnız bədəni yağlanmış çılpaq kişilərin fotoları var. Biz harda səhv etmişik?”-deyə Arnold deyib.

Onun sözlərinə görə, son dərəcə sərt və mühafizəkar olan atası da oğlunun ağırlıq qaldırmağa olan həvəsini dəstəkləməyib.  Atası bunu “tipik” olmadığı qənaətində olub: “Atam dedi: “Məşq edəndə güzgüyə baxırsan, bu nədir? Özünə həddən artıq meyillisən… Əzələlərini işlətmək istəyirsənsə, get odun doğra”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.