“Anam yaxşıdır, əsas arzusu məni evləndirməkdir” –Lalə Şövkətin oğlu

“Lalə xanımın səhhətində hər hansı bir dəyişiklik yoxdur. Vəziyyəti stabildir. Ev şəraitində müayinələri davam edir. Həkimlər də evə gəlib, onun səhhətini yoxlayırlar”.

AzPost bildirir ki, bu sözləri Teleqraf-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş Dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət anasının son durumu ilə bağlı danışarkən deyib.

“Lalə xanım bağdadır, nitqində və hərəkət qabiliyyətində hər hansı dəyişiklik yoxdur. Onun əsas problemi ürəkdir. Bu yaxınlarda ətraflı müayinədən keçib. İndi öz həkimlərinin nəzarətindədir. Hər şey yaxşıdır. O daha çox gününü fəlsəfi kitablar oxumaqla keçirir. Sözsüz ki, siyasi prosesləri də izləyir. Söhbət edəndə yalnız bir şeyi vurğulayır ki, mən evlənim. Mənə ayrı sözü yoxdur. Bu isə qismətdir, məndən asılı deyil”.

Xatırladaq ki, Lalə Şövkət 2021-ci ildə infarkt keçirib, ürək əməliyyatı olmuşdu.

1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olan Lalə Şövkət (Lalə Hacıyeva) 1993-cü il iyulun 7-dən 1994-cü il yanvarın 29-dək Dövlət katibi vəzifəsində çalışıb. 1995-2023-cü illərdə isə o, Azərbaycan Liberal Partiyasının sədri olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.