Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçildi

Qaçaqmalçılıqda ittiham olunan ictimai fəal Anar Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün prokurorun vəsatəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən, A.Abdullyev barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, A.Abdullayev bir neçə gün əvvəl inzibati qaydada 30 gün müddətinə həbs edilib. O, məhkəməyə müvəqqəti saxlama təcridxanasından gətirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.